ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə ÇIXACAQ

 11:00 26.03.2025     188

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bir ay sonra vəzifəsini tərk edəcək. 

Redaktor.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti xəbər yayıb.

Bildirilib ki, buna səbəb onunla bağlı məhkəmə araşdırmasının başlanmasıdır.

K.Kuinin yerinə Ermənistana daha neytral mövqeyə malik diplomatın göndəriləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu təyinatadək o, ölkəsinin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.