İranda 15 mindən çox məhbus əfv EDİLDİ

 17:25 26.03.2025     208

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei 15 mindən çox iranlı məhbusun əfv edilməsinə, cəzasının yüngülləşdirilməsinə və cəzasının çəkilməyən hissəsinin azaldılmasına razılıq verib.

Redaktor.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 26-da İranın məhkəmə sisteminin başçısı Qulamrza Möhsüni-Ejei bildirib.

Məlumata görə, Xamənei Ejeinin Ramazan bayramı ilə bağlı müraciətinə razılıq verib.