“Bu halda İsrail Qəzzanı ələ keçirəcək” - Netanyahu

 22:50 26.03.2025     199

“HƏMAS girovları qaytarmasa, İsrail ordusu Qəzzanı ələ keçirəcək”.

Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, israilli girovlar geri verilməsə, HƏMAS-a qarşı təzyiqlər güclənəcək.

Qeyd edək ki, daha əvvəl İsrail Ordusu Qəzzada yenidən quru əməliyyatlara başladığını açıqlamışdı.