“Türkiyə oyuncaq deyil” - MHP sədri

“Maska taxıb polisimizə daş, balta atan, hücum edən, turşu səpən alçaqların demokratiya, hüquq və azadlıqla heç bir əlaqəsi yoxdur”.
Redaktor.az xəbər verir ki, bunu MHP sədri Devlet Bahçeli “X” hesabında yazıb:
“Saraçhane təxribatı ilə Türkiyənin yolunu kəsmək üçün sıraya düzülən xəstə CHP-dən tutmuş, digər marjinal partiyalara, qeyri-qanuni solçu qruplara qədər ambisiyaları, hərəkətləri, sözləri ilə düşmənlərindən heç də az olmayan mövqe tutdular.
Reallıqdan qopmuş, millətindən və dövlətindən uzaqlaşmış, vandalizmi demokratiya seyri adlandıran, transfer haqqı çoxdan ödənilmiş bohem müxalifət düşüncəsi ilə üz-üzəyik”.
MHP sədri bildirib ki, Türkiyə oyuncaq deyil və qaranlıq oyunlara düşməyəcək:
“Böyük türk milləti bizimlədir. Xarici kəşfiyyat orqanlarının marionetləri olub küçələrə çıxanları, daxili asayişi pozanları mütləq cəzalandıraq lazımdır. Türkiyə oyuncaq deyil və qaranlıq oyunlara düşməyəcək”.