“Kiyev sülh sazişlərini pozmağa çalışır”

 23:59 26.03.2025     246

“Kiyev müvəqqəti atəşkəslə bağlı əldə olunan razılaşmalara baxmayaraq, Rusiyanın enerji obyektlərinə zərbələr endirməkdə davam edir”.

Redaktor.az əbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, Ukrayna hakimiyyəti sülh səylərini pozmağa və danışıqlar aparmaqda aciz olduqlarını nümayiş etdirməyə çalışır: “Kiyev sülh sazişlərini pozmağa çalışır. Ukraynanın addımları həm bizi, həm də ABŞ-ni çaşdırır. Bu, istənilən sülh razılaşmalarını pozmağa açıq cəhddir. Ukrayna oxşar addımlar atmağa davam edərsə, Rusiya cavab vermək hüququndan istifadə edəcək”.