ABŞ avtomobil idxalına 25% rüsum tətbiq EDƏCƏK

 02:15 27.03.2025     217

ABŞ administrasiyası ölkədən kənarda istehsal edilən bütün avtomobillərə 25% idxal rüsumu tətbiq edəcək.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib.

"Biz faktiki olaraq 25% tarif rüsum edəcəyik. Amma avtomobilləri ABŞ-də yığsanız, heç bir rüsum olmayacaq", - o bildirib.