Türkiyədə hotel yandı - ölənlər var

 09:49 27.03.2025     283

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hoteldə baş vermiş yanğın söndürülüb.

Hadisə zamanı binada 12 nəfərin olduğu, onlardan üçünün huşsuz halda çıxarılaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yanğın zamanı 2 nəfərin öldüyü bildirilir. Yanğının səbəbləri məlum deyil.

Xatırladaq ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.

***

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində baş verən yanğın nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib.

Yanğının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.