Ərdoğanı təhqir edən “Türkiyə gözəli” saxlanıldı - FOTO

 10:11 27.03.2025     275

2009-cu ildə “Miss Globe Türkiye” seçilən Banu Öztürk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün saxlanılıb.

Redaktor.az bu barədə “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, sosial şəbəkədə etdiyi paylaşımlarda Ərdoğanı təhqir edən qadın Beykoz Prokurorluğunun göstərişi ilə nəzarət altına alınıb.

Qeyd edək ki, Banu Öztürk “Avrupa yakası” və “Adanalı” kimi bir çox serialda da rol alıb.