Ermənistanla tarixən möhkəm dostluq münasibətlərimiz var - Zaxarova

Rusiya və Ermənistan tarixən möhkəm və dostluq münasibətlərinə malikdir, hadisələr başqa cür cərəyan edə bilməzdi.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “NEWS.ru”nun İrəvan və Moskva arasında münasibətlərin istiləşməsi perspektivləri barədə sualına cavab verərkən bildirib.
"Biz qonşu ölkələrik, aramızda təbii xarakter daşıyan dərin humanitar əlaqələr var. Bu, coğrafiya, tarix və xalqlarımızın taleyi ilə şərtlənib", - M.Zaxarova vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya və Ermənistan arasında dostluq münasibətlərindən narazı olan qüvvələr mövcuddur.
"Bizim mövqeyimiz həm ölkə prezidenti, həm də doktrinal sənədlərlə dəqiq müəyyən edilib. Məqsədimiz Ermənistan və erməni xalqı ilə münasibətləri hərtərəfli inkişaf etdirməkdir", - Rusiya XİN-in nümayəndəsi əlavə edib.