Bu ölkədə güclü zəlzələ OLDU

 11:09 28.03.2025     365

Myanmada 7,7 bal gücündə zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Araşdırmaları Mərkəzi məlumat yatıb.

Zəlzələ ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 12:10-da qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 30 km dərinlikdə olub.

Çinin seysmologiya mərkəzi zəlzələnin 7,9 bal gücündə olduğunu açıqlayıb.

Hələlik dağıntı və tələfat haqqında məlumat yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən