Banqkokda zəlzələ nəticəsində göydələn UÇDU

 12:14 28.03.2025     217

Banqkokda zəlzələ ilə əlaqədar tikilməkdə olan bina uçub.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

Məlumata görə, əraziyə yaxın digər çoxmərtəbəli binaların sakinlərinin təxliyəsinə başlanılıb. Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 13:20-də başlayıb və təxminən 10 dəqiqə davam edib.

Banqkokda uçmuş binanın dağıntıları altında ən azı 43 fəhlə qalıb.

"Khaosod” qəzeti isə bildirib ki, Myanmada Rixter şkalası ilə 7,4 bal gücündə zəlzələ baş verib. Onun episentri Tailandın Ratçaburi əyalətinin yaxınlığında yerləşib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, Myanmada baş verən zəlzələnin maqnitudası 7,7 təşkil edib.