Myanmadakı zəlzələ Tailandın dörd əyalətində hiss olunub

 12:33 28.03.2025     141

Banqkok və Tailandın dörd əyalətinin sakinləri Myanmada baş verən zəlzələnin fəsadlarını hiss ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Tailand PBS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, yeraltı təkanlar Banqkokun bir neçə bölgəsində və bir çox əyalətlərdə, o cümlədən Çianq May, Nakhon Ratçasima, Nakhon Savan və Phuketdə hiss olunub.

Turan İSMAYIL