Myanmada zəlzələdə ölənlərin sayı AÇIQLANDI

Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.
Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.
Zəlzələ Mandalayın tarixi Ava körpüsünün dağılmasına, tarixi Mandalay sarayının isə ciddi zədələnməsinə səbəb olub.
Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.
Qeyd edək ki, Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.
Tailandda güclü zəlzələ nəticəsində ölənlərin sayı 3-ə yüksəlib, 81 nəfər dağıntılar altında qalıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Xilasetmə işləri davam edir, ölənlərin sayının artacağı ehtimal olunur.