Hoteldəki yanğına görə 5 nəfər saxlanıldı

 15:55 28.03.2025     151

Türkiyənin Uludağ xizək kurortundakı yanğınla əlaqədar 5 nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan biri hoteli idarə edən şirkətin meneceridir.

Qeyd edək ki, yanğın zamanı 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Usta və atası həlak olub.

Xizəkçinin anası Fikriye Usta isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.