Qazaxıstan bir gündə iki dəfə silkələndi

Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.
"Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub", - məlumatda qeyd edilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir.
Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.
Birinci zəlzələ martın 27-dən 28-nə keçən gecə baş verib.