Ermənistanda toxunulmazlıqları ləğv edilən iki deputata qarşı ittihamlar irəli SÜRÜLDÜ

 21:37 28.03.2025     175

Ermənistan parlamentinin deputatları Ovik Aqazaryan və Taron Marqaryana qarşı ittihamlar irəli sürülüb.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Cinayət Məhkəmələrinin mətbuat katibi Liana Rafaelyan deyib.

Qurumdan o da bildirilib ki, hər iki parlamentari barəsində yaşadığı yeri tərk etməmək haqqında iltizam tədbiri seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl adıçəkilən deputatların toxunulmazlıqları ləğv edilib.