Vaşinqtonda təyyarə az qala qırıcı ilə toqquşacaqdı

 11:13 29.03.2025     198

Ronald Reyqan Vaşinqton Milli Hava Limanı (DCA) yaxınlığında təyyarə az qala ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı ilə toqquşacaqmış.

Redaktor.az xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyasının bəyanatına istinadən CBS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, fövqəladə hal martın 28-i günorta saatlarında baş verib. "Airbus A319" paytaxtdan Minneapolisə uçub. Həmin vaxt ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Northrop T-38 Talon" reaktiv təyyarəsi uçuş nümayişi üçün Arlinqtona uçurmuş.

"Delta reysi yaxınlıqda başqa bir təyyarənin olması barədə bortda xəbərdarlıq aldı və hava hərəkəti dispetçerləri hər iki təyyarəyə düzəlişlər etdi", - məlumatda deyilir.

Açıqlamada təyyarələrin bir-birinə nə qədər yaxın olduğu göstərilməyib, lakin hər ikisi insidentsiz öz marşrutlarına davam edib.

Xatırladaq ki, bu ilin yanvarında Kanzasdan uçan sərnişin təyyarəsi Amerika paytaxtının səmasında hərbi helikopterlə toqquşub. Bu zaman təyyarə enmək üçün Ronald Reyqan Beynəlxalq Hava Limanına yaxınlaşırmış.

Toqquşmadan sonra hər iki təyyarə Potomak çayına düşüb. Təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 60 sərnişin, o cümlədən ABŞ fiqurlu konkisürmə komandasının idmançıları və məşqçiləri olub. Vertolyotda öz növbəsində üç hərbi qulluqçu olub. Onların heç birini xilas etmək mümkün olmayıb.

Turan İSMAYIL