Pentaqonun rəhbəri arvadını gizli görüşlərə gətirib

 11:22 29.03.2025     180

ABŞ müdafiə naziri Pit Heqset arvadı Cennifer Heqseti xarici həmkarları ilə Pentaqonda məxfi məsələlərin müzakirə olunduğu görüşə gətirib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.

"Hərbi zərbəni idarə etdiyi üçün ciddi nəzarət altında olan müdafiə naziri Pit Heqset keçmiş "Fox News" prodüseri olan arvadını həssas məlumatların müzakirə olunduğu xarici hərbi həmkarları ilə iki görüşə gətirdi" - xəbərdə deyilir.

WSJ-nin məlumatına görə, belə görüşlərdən biri ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə qoşun verməkdən imtina etməsi zamanı baş tutub.

Söhbət məxfi olub. Yığıncağın hər bir iştirakçısı, bu halda, müvafiq icazəyə malikdir.

Turan İSMAYIL