"Rutube" Türkiyədə bloklanıb?

Türkiyənin tənzimləyici orqanı BTK Rusiyanın "Rutube" video hostinqinin Türkiyədə bloklandığını elan edib.
Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, "Rutube" saytı Türkiyədə açılmır; ona giriş müxtəlif mobil operatorlar və ev İnternet provayderləri tərəfindən bloklanır.
Saytı açmaq istəyərkən “rutube.ru saytına giriş BTQ-nin 25 fevral 2025-ci il tarixli qərarı ilə bağlanıb” mesajı görünür. Ekranda internet saytı əvəzinə Türkiyənin cinayət məcəlləsindən çıxarışlar görünür və “qanunsuz qumar oyunları terroru maliyyələşdirmək üçün istifadə edilə bilər” xəbərdarlığı edir.
Bundan əvvəl Türkiyədə genişmiqyaslı etirazlar fonunda bir neçə müxalifətçinin X sosial şəbəkəsindəki hesabları bağlanmışdı. “Politico” qəzetinin qeyd etdiyi kimi, etirazçıların hərəkətləri İstanbul meri Əkrəm İmamoğlunun həbsinə cavabdır. Nümayişlər hökumətin ictimai toplantıları müvəqqəti qadağan etməsinə baxmayaraq başlayıb.
"Rutube" isə Türkiyədə bloklama xəbərlərini təkzib edib.
Rusiyanın "Rutube" videohostinq saytının nümayəndələri RT-yə bildiriblər ki, xidmət Türkiyədə fəaliyyətini davam etdirir.
Mənbənin sözlərinə görə, saytın bloklanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Bununla belə, onlar etiraf ediblər ki, istifadəçilər xidmətin işində çətinliklərlə üzləşə bilər, lakin ola bilsin ki, bu, “yerli provayderlərin işinin xüsusiyyətləri” ilə bağlı ola bilər.
Turan İSMAYIL