Nazir mühacirlərə xəbərdarlıq etdi: “Dərhal gedin!”

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem El Salvadorun meqa həbsxanasını ziyarət etdikdən sonra ölkə ərazisində qeyri-qanuni yaşayan mühacirələrə müraciət edib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Noem cinayət törədən mühacirlərə “İndi gedin, getməsəniz həbs olunaraq El Salvadora göndəriləcəksiniz”,- deyə xəbərdarlıq edib. O, Trampla birlikdə mühacirlərə qarşı sərt mövqe sərgiləyəcəklərini bildirib.
Qeyd edək ki, Kristi Noemin baş çəkdiyi El Salvadordakı həbsxana “Gəzən ölülər həbsxanası” adı ilə məşhurdur.
Vasif