9 il sonra bayramı ailəsi ilə KEÇİRƏCƏK

Suriyalı Məhəmməd Qasım Apo 9 ildən sonra ailəsi ilə birlikdə bayramı qeyd etmək üçün Suriyaya qayıdıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hataydakı Cilvəgözü Sərhəd Qapısından 9 ildən sonra ölkəsinə qayıdan suriyalı Muhamməd Qasım Apo bayramı ailəsi ilə birlikdə qeyd etməkdən həyəcanlı olduğunu bildirib.
Qeyd edək ki, Suriyada 13 il davam edən vətəndaş müharibəsindən sonra müxalif qüvvələr 61 illik Bəşər Əsəd rejiminə son qoydu. Suriyada vətəndaş müharibəsinin bitməsi ilə Suriya vətəndaşları Hatayın Reyhanlı rayonundakı Cilvəgözü Gömrük Qapısından keçərək vətənlərinə keçməyə davam edir. 9 il əvvəl Türkiyəyə gələrək buraya sığınan Muhammed Kasım Apo 8 il İzmirdə yaşadıqdan sonra Suriyadakı müharibənin bitməsi ilə ölkəsinə qayıdıb.
O, baş verənlərlə bağlı bunları deyib:
"9 il əvvəl Türkiyəyə gəldim. İzmirdə yaşayırdım. 8 il İzmirdə yaşadım. Orada avtomobil ustası işləyirdim. Hələbə gedəcəm. Ölkəmə gedəcəyim üçün xoşbəxtəm. Ailəm də oradadır, ailəmlə birlikdə yaşayıb, işimə davam edəcəm. Buna görə isə çox həyəcanlıyam”.
Vasif