Rusiya Ukraynanın bu şəhərini raketlə vurdu - Yaralılar var

 15:21 29.03.2025     260

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərini raket atəşinə tutub.

Redaktor.az UNN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, martın 29-da Rusiya hərbçiləri Krivoy Roq şəhərinə raket hücumu həyata keçirib.

İlkin məlumatlara görə, atəş nəticəsində 7 nəfər yaralanıb.

Tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir.

Qeyd olunub ki, çoxmərtəbəli və fərdi yaşayış binalarına, təhsil müəssisəsinə ziyan dəyib.

Turan İSMAYIL