Harvard Universitetinin türk professoru işdən ÇIXARILDI

 15:26 29.03.2025     230

Harvard Universitetinin Orta Şərq Araşdırmaları Mərkəzinin direktoru, professor Camal Kafadar və müavini Rosie Bşiri vəzifəsindən azad edilib. Bildirilir ki, Camal Kafadarın rəhbərlik etdiyi mərkəz bir müddətdir antisemitizmin tənqid hədəfinə çevrilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, onların 2024-cü ilin sonunda vəzifələrindən uzaqlaşdırıldığı açıqlanıb.

Açıqlamada Kafadarın getməsi üçün dəqiq səbəb göstərilməyib.

 Son zamanlar xüsusilə İsrail və Fələstinlə bağlı təşkil etdiyi proqramlarla ictimaiyyətin tənqid hədəfinə çevrilən CMES ilə bağlı Harvardda çalışan bəzi işçilər, bu proqramların antisemit olduğunu iddia edərək, İsrail perspektivlərinin yetərincə təmsil olunmadığını iddia ediblər. Bu tənqidlər isə Harvard Universitetini ictimai təzyiq altında qoyub. Bir çox universitetin Tramp administrasiyasının təzyiqi ilə oxşar şəkildə Yaxın Şərq araşdırmalarını nəzərdən keçirməyə başladığı bildirilir. Kafadar və Bşirinin universitetdəki vəzifələrinə xitam verilsə də, onların hər ikisinin Harvardda fakültə üzvlüyünə davam edəcəyi bildirilib.

Vasif