Almaniyada 7 "Tesla" YANDI

 15:36 29.03.2025     175

Almaniyanın şimalındakı Ottersberg icmasında (Aşağı Saksoniya federal əyaləti) şirkətin sərgi salonu yaxınlığında yeddi "Tesla" elektrik avtomobili tamamilə yanıb; hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Verden polisi məlumat yayıb.

"Şənbə günü saat 03:30 radələrində avtomərkəzin ərazisində 7 "Tesla" elektromobili yanıb və tamamilə yanıb. Yanğının səbəbi hazırda bəlli deyil", - hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunub. O da qeyd edilir ki, yanğınsöndürənlər xəbərdar edilərək avtomobillərdəki yanğını tez bir zamanda söndürüblər.

"Zərər bir neçə yüz min avro təşkil edir", - hesabatda vurğulanır. Polis faktla bağlı araşdırmalara başlayıb.

Turan İSMAYIL