Rusiyadakı paradda hansı liderlər iştirak edəcək?

 16:46 29.03.2025     130

Mayın 9-da Rusiyanın paytaxtı Moskva şəhərində Qələbə paradı keçiriləcək.

Redaktor.az xəbər verir ki, paradda bir sıra liderlərin iştirak edəcəyi gözlənilir.

Bu gün Braziliya prezidenti Luiz İnasio Lula da Silva Moskvadakı bayram tədbirlərində iştirak edəcəyini təsdiqləyib. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşərək Ukraynadakı hərbi münaqişənin həllini müzakirə etmək niyyətindədir.

Kuba prezidenti Migel Dias-Kanel, Belarus prezidenti Aleksandr Lukaşenko, həmçinin Ermənistan və Serbiya liderləri Nikol Paşinyan və Aleksandr Vuçiç Moskvada Qələbə bayramı qeyd etmələrində iştirak edəcəklərini təsdiqləyiblər. Bundan əlavə, İsrail nümayəndələri də bayramda iştirak etmək niyyətindədirlər (modern.az).