İsrail əsgərləri Qəzzanın cənubunda atəşə tutuldu

İsrail əsgərləri Qəzza zolağının cənubunda minaatanlardan atəşə tutulub.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə anklavın cənubundakı Xan Yunis şəhəri yaxınlığında baş verib. İsrail əsgərlərinə qarşı üç minaatan mərmisi atılıb. İsrailin itkiləri barədə məlumat verilmir.
Bundan əlavə, eyni ərazidə İsrail ordusuna məxsus D9 buldozeri partlayıcı qurğu ilə partladılıb; İsrail tərəfində itkilər barədə məlumat yoxdur.
Turan İSMAYIL