Tailandda 100-dən çox yeraltı təkan qeydə alınıb

 17:42 29.03.2025     149

Tailandın meteorologiya departamenti Myanmada baş verən zəlzələdən sonra cümə günündən bəri 100-dən çox yeraltı təkan qeydə alıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

“Seysmik vəziyyətə gəlincə, meteorologiya departamentinin zəlzələ monitorinqi şöbəsi ümumilikdə 101 təkan olduğunu bildirib”, - idarənin açıqlamasında bildirilir. Yeraltı təkanların gücü 1,0-7,0 bal təşkil edib.

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib.

Turan İSMAYIL