İmamoğlu Türkiyə hakimiyyətinə onun məhkəməsini televiziya vasitəsilə canlı keçirməyi təklif etdi

Həbsdə olan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəməsi TRT-də canlı yayımlanmalıdır.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl deyib.
"İmamoğludan (Türkiyə Prezidenti Tayyib) Ərdoğana tarixi çağırış çatdırıram. Bələdiyyə sədri Əkrəm (İmamoğlu) günahsız olduğunu deyir. Əgər özünüzə güvənirsinizsə, TRT-nin canlı efirində məhkəmənin keçirilməsini təklif edirəm", - deyə siyasətçi bildirib.
Qeyd edək ki, martın 29-da müxalifət İstanbulda həbs edilən bələdiyyə sədrinə dəstək üçün genişmiqyaslı aksiya təşkil edib. Etiraz aksiyasında İmamoğlunun həyat yoldaşı, valideynləri və övladları iştirak edib.
Turan İSMAYIL