Fahrettin Altun Özgür Özəlin boykot çağırışına reaksiya VERDİ

 18:30 29.03.2025     163

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, CHP sədri Özgür Özəlin media qurumlarına qarşı boykot çağırışına sərt reaksiya verib.

Redaktor.az xəbər verir ki, Altun sosial media hesabında verdiyi açıqlamada bildirib:

"Qərb media quruluşları məsələyə çevriləndə diqqət çəkmək üçün ölkəsini şikayət edən CHP sədri, minlərlə media əməkçisinin zəhmət çəkdiyi yerli və milli media qurumlarına nifrət yağdırır".

CHP sədrinin açıq hava toplantısında səsləndirdiyi ifadələrin və milli şirkətlərə qarşı boykot çağırışlarının ideoloji qərəzinin göstəricisi olduğunu vurğulayan Altun, bunun partiyasının siyasi acizliyini üzə çıxardığını bildirib.

Kənan YUSİF