Myanmada zəlzələdə ölənlərin sayı daha da ARTDI

 18:34 29.03.2025     144

Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb, 3 400-dən çox yaralı var.

Redaktor.az xəbər verir ki, bu barədə "Xinxua" agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində həmçinin 139 nəfər itkin düşüb.