Sapanca Gölündə itkin düşən idmançının cansız bədəni TAPILDI

 22:36 29.03.2025     217

Türkiyənin Sakarya şəhərinin Sapanca Gölündə məşq zamanı kano qəzaya uğrayıb. Güclü külək səbəbindən aşılan kanoda olan 6 idmançı və təlimçi xilas edilsə də, itkin düşən 15 yaşlı Kağan Ege Baranın cansız bədəni tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə Sakaryanın Serdivan bölgəsində baş verib. Gölə açılan 7 idmançı və 1 təlimçidən ibarət qrupun kanosu şiddətli küləyin təsirindən aşıb. Baranın axtarışı üçün AFAD, jandarma, yanğınsöndürmə xidməti, Kocaeli və Yalova dəniz polisi, PUA, Sakarya Axtarış və Xilasetmə Qrupu (SAKE) daxil olmaqla ümumilikdə 110 nəfərlik heyət səfərbər edilib.

Axtarış əməliyyatlarında 11 qayıq, 4 dron, 2 sonar cihazı, 33 nəqliyyat vasitəsi və 1 helikopter iştirak edib. Sonar cihazlarının müəyyən etdiyi bölgədə aparılan axtarış nəticəsində Baranın meyiti sudan çıxarılıb.

Kənan YUSİF