ABŞ-də ziyafətdə atışma nəticəsində 2 nəfər ÖLDÜ

 23:03 29.03.2025     373

ABŞ-də Vaşinqton ştatının Takoma şəhərində ziyafətdə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

“Polisə zən edərək küçədə dava olduğunu bildiriblər. Polis gələnə yaxın atəş səsləri eşidilib”, - məlumatda deyilir.

Atışma baş verən ərazidə polis ölmüş gənc və beş yaralı aşkarlayıb, onlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən