Tehranın Trampa cavabı ABŞ-yə çatdırılıb

 11:55 30.03.2025     154

İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-yə çatdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimeh Mohacerani X–da paylaşım edib.

Fatimeh Mohacerani qeyd edib ki, buna müvafiq olaraq ABŞ-la dolayı danışıqlar gündəliyə daxildir: “Diplomatik proses davam edir”.

Qeyd edək ki, martın 27-də İran xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin məktubuna cavabın göndərildiyini bəyan edib.