Məkkədə 4 milyondan çox müsəlman bayram namazı QILDI

 14:22 30.03.2025     228

Ramazan bayramı müqəddəs torpaqlarda coşqu ilə qarşılanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, Ramazan ayını Səudiyyə Ərəbistanında keçirən 4 milyondan çox müsəlman Kəbədə birləşib.

Gecə yarısından etibarən Kəbə ətrafında toplaşanlar Ramazan ayının sona çatması ilə Məscid-ül Həramda bayram namazını qılıblar.

Namazı qıldıran məscidin imamı Əbdürrəhman Sudeysi bayram münasibətilə təbriklərini çatdıran xütbə verib.