Tramp Rusiyadan neftə məhdudiyyətlər qoya bilər

 20:25 30.03.2025     193

ABŞ Prezidenti Donald Tramp Moskvanın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı razılaşmaya razı olmadığı təqdirdə Rusiya neftinə qarşı ikinci dərəcəli məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Tram bu barədə “NBC News”a açıqlamasında deyib.

“Əgər Rusiya ilə Ukraynada axan qanı dayandırmaq üçün razılığa gələ bilməsək və başa düşsəm ki, bu Rusiyanın günahıdır, Rusiyadan gələn bütün neftə ikinci dərəcəli rüsumlar tətbiq edəcəyəm” - Ağ Ev rəhbəri vurğulayıb.