Özbəkistanda məsciddə partlayış oldu

 17:52 31.03.2025     210

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlaması nəticəsində, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Partlayış nəticəsində 3 vətəndaş həlak olub, 10 vətəndaş yaralanaraq tibb müəssisələrinə aparılıb", - nazirliyin Teleqram kanalında yayılan məlumatda qeyd olunub.