Putin 160 min nəfəri orduya çağırdı

 18:15 31.03.2025     230

Rusiya orduya yaz çağırışına başlanılır.

Redaktor.az xəbər verir ki, müvafiq fərman prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Fərmana əsasən, Putin bu ilin aprel-iyul aylarında 160 min nəfərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Bu ilin aprelin 1-dən iyulun 15-ə qədər yaşı 18-30 arası olan Rusiya vətəndaşları hərbi xidmətə çağırılacaqlar.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, orduya yaz çağırışı "xüsusi hərbi əməliyyat"la (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red.) bağlı deyil.