Slovakiya Ukraynada enerji layihələrini həyata KEÇİRİR

 19:11 31.03.2025     186

Slovakiya hakimiyyəti Ukraynada enerji layihələrinin həyata keçirilməsi üçün Avropa İttifaqı (Aİ) fondlarından 101 milyon avro alıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASR agentliyi Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanarın bəyanatına istinadən məlumat yayıb.

Qeyd edək ki, Slovakiya Ukraynaya humanitar yardım edir. Bratislava Kiyevə, xüsusən də ərazini minalardan təmizləməkdə kömək edir. Slovakiya şirkətləri Ukraynanın müharibədən sonrakı bərpasına fəal şəkildə hazırlaşır.