SEPAH Körfəzdə iki xarici neft tankerini ələ KEÇİRDİ

 21:20 31.03.2025     156

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Körfəzdə iki xarici neft tankerini ələ keçirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH-ın İkinci Dəniz Dairəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, “Star 1” və “Wintag” adlı neft tankerləri 25 nəfərlik heyətlə hərəkət edib və onların göyərtəsində 3 milyon litrdən çox dizel yanacağı olub.