Ukrayna və ABŞ nadir torpaq mineralları sazişi ilə bağlı onlayn görüş təşkil edib

 23:10 31.03.2025     159

Ukrayna və ABŞ nadir torpaq mineralları sazişi ilə bağlı texniki xarakterli onlayn görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” mənbəyə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu, Ukrayna və ABŞ arasında qalıq yanacaqlar üzrə sazişlə bağlı texniki xarakterli onlayn görüş idi: "Orada deputatlar, hüquqşünaslar, bəzi rəsmilərimiz var idi".

Qeyd edək ki, Kiyev və Vaşinqton nadir torpaq ehtiyatlarına dair çərçivə sazişini bu ilin fevralında imzalamalı idi. Lakin Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında yaranan mübahisəyə görə bu, baş tutmayıb. Sonradan məlum olub ki, Vaşinqton artıq Kiyevə yeraltı sərvətlərlə bağlı yeni saziş layihəsi təqdim edib. Bununla belə, Zelenski bildirib ki, təhvil verilən saziş əvvəlki kimi çərçivə deyil, artıq tamhüquqludur. Mətbuat Ukraynanın bu həftə ABŞ-nin sənədinə öz düzəlişləri ilə cavab verəcəyini bildirib.