Tramp Rusiya və Ukraynanın bəyanatlarından narazıdır - Livitt

 00:00 01.04.2025     180

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsində hər iki tərəfin bəyanatlarından narazı olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

"Prezident Rusiya və Ukrayna arasında sülh razılaşması əldə etmək üçün inanılmaz dərəcədə çalışır. O, münaqişənin hər iki tərəfinin liderlərinin bəyanatlarından narazı olduğunu bildirib. O, bu münaqişəyə son qoymaq üçün çox çalışmaqda davam edir.", - o bildirib.