"İran azərbaycanlılar arasında siyasi və ideoloji iş aparır"

 11:04 01.04.2025     119

"İran Dərbənddə yaşayan azərbaycanlılar arasında ideoloji iş aparır. Dərbənddə 500 mindən artıq azərbaycanlılar yaşayır. Demək olar ki, Dərbənd azərbaycanlılarını unutmuşuq. Ola bilsin ki, Rusiyda yaşayan 2 milyon azərbaycanlılara görə bir qədər fikir vermirik. Rusiyada əmək miqrantları olan azərbaycanlılar öz milli kimliyi ilə bura bağlıdır. Amma, Dərbənd azərbaycanlıları ilə bağlı proseslər fərqlidir. İranın "Sahar azeri" televiziyasi Dərbənd azərbaycanlıları ilə bağlı verlişlər çəkir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, deyib ki, İran rejimi azərbaycanlılarla bağlı harda boşluq varsa, bundan istifadə edərək öz siyasi təsirini formalaşdırır:

"Uzun müddət məscidlərimizdən öz siyasi məqsədləri üçün istifadəyə fikir vermədik. Sonunda təhlükəni gördük. Hətta, İran kəşfiyyatı Rusiyada azərbaycanlıları da öz dini təsirinə almaq üçün məscidlər tikir. Xütbələr təşkil edir.

Tehran rejimi boş oturmur. Uzun müddətdir ki, Gürcüstanda yaşayan azərbaycanlılar arasında məzhəb siyasətindən istifadə edərək, öz mövqeyini gücləndirir. Borçalıda İranın təsir qüvvəsi formalaşır. Azərbaycan dövləti Dərbənd azərbaycanlıları, Borçalı və Güney Azərbaycanla bağlı strateji siyasət ortaya qoymalıdır.

Artıq Qarabağ məsələsi bitib. İran, Rusiya bizi zəiflətmək üçün öz soydaşlarımızdan istifadə edir. Sonradan Azərbaycan Respublikasına yönəldir. Faktiki soydaşlarımız yaşadığı ərazilərdə onlara sahib çıxmırıq. Deyirik! Yerevana gedəcəyik. Tamam, Yerevana da gedək. Amma, Yerevana yol Dərbənddə, Təbrizdə yaşayan azərbaycanlılara sahib çıxmaqdan keçir. Sabah Dərbənd azərbaycanlıları və Borçalı bizi tam unudacaq. Onsuz da Dərbənd azərbaycanlıları bizi unudub.

Güney Azərbaycan məsələsi ilə bağlı işləməliyik. Əlimizdə bu qədər imkanlar varkən. Yeni dünya siyasi nizamı qurulur. Azərbaycan öz inzibati sərhədlərdən kənarda, tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılara sahib çıxmalıdır. Sonra gec ola bilər". 

Vasif