Konstitusiya Məhkəməsi prezident Yun Seok Yeolun taleyini həll edəcək

Aprelin 4-də veriləcək qərar, Yun Seok Yeolun vəzifədən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağını və ya hakimiyyətə qayıdıb-qayıtmayacağını müəyyən edəcək.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.
Qərarın qəbul edilməsi üçün səkkiz hakimdən ən azı altısının razılığı tələb olunur. Əks halda, Yun Seok Yeolun səlahiyyətləri bərpa ediləcək.
Əgər qərar müsbət olarsa, Yun, 2017-ci ildə Pak Kın He-nin impiçment yolu ilə istefa verməsindən sonra Cənubi Koreya tarixində impiçment ilə vəzifəsindən uzaqlaşdırılan ikinci prezident olacaq. 2024-cü ilin dekabrında Yun, ölkədə hərbi vəziyyət elan etmişdi. Daha sonra Cənubi Koreya prokurorları onu üsyanda ittiham edib.
Aytəkin TOFİQQIZI