Almaniya XİN rəhbəri Kiyevə səfər etdi

 11:24 01.04.2025     158

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə gözlənilmədən səfər edib və Ukraynaya 130 milyon avro dəyərində yeni humanitar yardım göndəriləcəyini açıqlayıb.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

Bu yardım Ukraynanın vəziyyətini sabitləşdirməyə kömək edəcək. Berbok, bu məbləğin Ukraynaya əlavə dəstək olaraq ayrıldığını bildirib.

Almaniya hökumətinin sözçüsü Kristian Hofman isə, Berlinin Avropa İttifaqı (Aİ) səviyyəsində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəklədiyini qeyd edib. O, münaqişənin başlanğıcından bəri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların “güclü, ağlabatan və effektiv” olduğunu vurğulayıb.

Aytəkin TOFİQQIZI