Kallas Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırır

 12:18 01.04.2025     127

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyin vacibliyini vurğulayıb.

Redaktor.az xəbər verir ki, Kallas bu barədə “El Mundo” qəzetinə verdiyi müsahibədə danışıb.

"Biz güclü olmalıyıq və əlimizdəki bütün sanksiya variantlarını nəzərdən keçirməliyik. Amerikalı tərəfdaşlarımız və dünyadakı digər müttəfiqlərimizlə birgə Rusiyaya qarşı təzyiqi artırmalıyıq" - deyə Kallas bildirib. 

Kallasın sözlərinə görə, bundan əvvəl Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniya xarici işlər nazirləri ilə birgə Rusiya-Ukrayna münaqişəsinin 13 mart 2013-cü il tarixindən əvvəl həllinə dəstək vermişdilər. Eyni zamanda, həmin ölkələr Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını açıqlamışlar. Bəyanatında, Moskvanı “dərhal və ilkin şərt olmadan atəşkəslə razılaşmağa” çağırıblar.

Aytəkin TOFİQQIZI