Məşhur müğənni son mənzilə yola salındı - xanımı fəryad etdi - FOTO

Xəbər verdiyimiz kimi, məşhur türkiyəli müğənni Volkan Konak Kiprdə verdiyi bayram konserti zamanı ürək tutmasından dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu gün İstanbulda son mənzilə yola salınan müğənninin həyat yoldaşı Selma Konak fəryad edib. Müğənninin həyat yoldaşı “Volkan, bunu mənə necə etdin?” – deyərək göz yaşlarına hakim ola bilməyib. Bildirilir ki, onlar 33 il evli olublar.
Sənətçinin qızı Şimal Konaq da özünü pis hiss edərək huşuni itirib.
Xatırladaq ki, dəfn mərasimində sənətçilərlə yanaşı, siyasətçilər də iştirak ediblər.
Vasif