İzmir sahillərində 46 qeyri-qanuni miqrant SAXLANILDI

İzmirin Dikili sahillərində qeyri-qanuni yollarla ölkəyə daxil olmağa cəhd edən 46 miqrant saxlanılıb.
Redaktor.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığının yaydığı məlumata görə, Dikili sahillərində patrul xidməti aparan Sahil Mühafizə gəmisi rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğunu aşkarlayıb.
Əməliyyat nəticəsində saxlanılan 46 miqrant sahilə çıxarılaraq müvafiq prosedurlar üçün İl Göç İdarəsinə təhvil verilib.
Kənan YUSİF