Bayram tətilində yollarda 69 min təhlükəsizlik əməkdaşı nəzarətdə OLACAQ

 16:33 01.04.2025     125

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ramazan Bayramı tətili boyunca yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün 69 min 11 polis və jandarmanın vəzifə başında olacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir sosial media hesabında paylaşdığı açıqlamada, bayram tətili çərçivəsində yol nəzarət tədbirlərinin 8 aprelə qədər davam edəcəyini bildirib. O, 47 min 749 polisin və 21 min 262 jandarmanın yollarda xidmət aparacağını qeyd edib.

Yerlikaya, BMT-nin yol qəzalarını "ictimai səhiyyə problemi" olaraq qəbul etdiyini xatırladaraq, "Hədəfimiz sıfır can itkisidir" ifadəsini işlədib və sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıb.

Kənan YUSİF