İstanbul hava limanları iki ayda 19 milyondan çox sərnişin qəbul EDİB

İstanbulda yerləşən hava limanlarında 2024-cü ilin ilk iki ayında sərnişin sayı ötən illə müqayisədə 834 min 50 nəfər artaraq 19 milyon 16 min 433-ə çatıb.
Redaktor.az xəbər verir ki, Dövlət Hava Limanları İdarəsinin (DHMİ) məlumatlarına əsasən, İstanbul Hava Limanından yanvar və fevral aylarında 12 milyon 126 min 595 sərnişin səyahət edib. Bunların 2 milyon 318 min 780-i daxili, 9 milyon 807 min 815-i isə beynəlxalq reyslərdən istifadə edib.
Keçən ilin eyni dövründə isə hava limanından 11 milyon 837 min 462 sərnişin uçmuşdu.
Kənan YUSİF