AEBA-nın baş direktoru İrana GEDƏCƏK

 20:41 01.04.2025     163

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İrana gedəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi ilə Qrossi arasında baş tutan telefon danışığında razılıq əldə olunub.

Qeyd olunub ki, nazir nüvə müzakirələrindəki son vəziyyətlə bağlı həmsöhbətini məlumatlandırıb.

Əraqçi AEBA-nı İranın nüvə obyektlərinə qarşı təhdidlərə qarşı aydın mövqe tutmağa çağırıb.

Həmçinin, tərəflər ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.